Neft ucuzlaşır: Brent bir barel üçün 92,81 dollar təşkil edir

09:54 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markalı neftin qiymətləri ucuzlaşır.

Saat 09:28-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin yanvar fyuçersləri 0,33 dollar (0,35%) ucuzlaşaraq bir barel üçün 92,81 dollar təşkil edib. Əvvəlki ticarət sessiyasının yekunlarına əsasən, noyabrın 17-də bu müqavilələrin dəyəri 0,70 dollar (0,76%) artaraq bir barel üçün 93,14 dollar olmuşdu.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin dekabr fyuçersləri saat 09:28-ə qədər 0,96 dollar (1,12%) ucuzlaşaraq bir barel üçün 85,05 dollar təşkil edib. Noyabrın 17-də keçirilən hərracların yekunlarına görə onların dəyəri 0,29 dollar (0,34%) artaraq bir barel üçün 86,01 dollar olmuşdu.