14:55 - 19.11.2026
19 Noyabr, Fineko/abcnews. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkədə kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə təxminən 3,4 milyon barel artaraq 417,8 milyon barelə çatıb. Halbuki bazar iştirakçıları cəmi 400 min barel artım proqnozlaşdırırdılar.
Hesabat dövründə strateji neft ehtiyatları 3,2 milyon barel azalaraq 276,4 milyon barelə enib, benzin ehtiyatları isə 5,2 milyon barel artımla 215,9 milyon barel təşkil edib.
7–13 noyabr həftəsində ABŞ-da gündəlik neft hasilatı 19 min barel artaraq 14,032 milyon barelə yüksəlib. Eyni zamanda, gündəlik xam neft idxalı 1,122 milyon barel azalaraq 5,576 milyon barel, ixracı isə 1,033 milyon barel artaraq 4,488 milyon barel olub.
EIA-nın noyabr hesabatına əsasən, ölkədə gündəlik orta hasilatın bu il 13,86 milyon barel, 2027-ci ildə isə 14,30 milyon barel olacağı gözlənilir.
23 Noyabr 2026
23 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026