İraq köhnə boru kəməri ilə Türkiyəyə xam neft nəqlini bərpa edib

15:30 - 17.11.2026


17 Noyabr, Fineko/abcnews. İraqın neft naziri Basim Məhəmməd Xudayır İraq və Türkiyə arasındakı köhnə boru kəməri vasitəsilə xam neft nəqlinə yenidən başlanıldığını açıqlayıb.

İraqın rəsmi xəbər agentliyi INA-nın məlumatına görə, nazir ilkin mərhələdə bu kəmərlə gündəlik 120 min barel xam neftin ixrac ediləcəyini bildirib.

Nazir ixrac həcmlərinin mərhələli şəkildə artırılacağını və növbəti mərhələdə gündəlik nəql gücünün 500 min barelə çatdırılmasının hədəfləndiyini qeyd edib.