Bakıda 10 ayda kirayə velosiped və skuterlər 3 milyon 811 min 106 dəfə sifariş olunub

16:47 - 13.11.2026


13 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Bakıda kirayə velosiped və skuterlər 3 mln 811 min 106 dəfə sifariş olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% daha çoxdur.

Bu barədə AYNA-dan bildirilib. Qeyd edilib ki, oktyabrda sifarişlərin sayı illik müqayisədə 33% artaraq 544 365-ə çatıb.

Həmçinin, kirayə velosiped və skuterlərdən istifadə edənlərin sayı 35% artaraq 297 265 nəfər olub. Bu vasitələrlə 2 milyon 120 min kilometr yol qət edilib ki, bu da ötən ilin oktyabrından 31% çoxdur.

İlk on ayda istifadəçi sayı 19% artaraq 1 milyon 946 min 866 nəfərə, qət edilən məsafə isə 12% artaraq 10 mln 550 min kilometrə çatıb. Beləliklə, oktyabrda həm sifarişlərin, həm də istifadəçi sayının illik artım tempi on aylıq göstəricini üstələyib.

Statistika Bakıda velosiped və skuter kirayəsi xidmətlərini əhatə edir.