Bu Klinika 1 milyon 25 min manatlıq dərmanlar alır

15:22 - 12.11.2026


12 noyabr, Fineko/abc.az. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası tibbi dərman vasitələri və preparatları alacaq.

Qurum işin icrası üçün “Avromed Company” MMC ilə razılıq əldə edib.

Müqavilə əsasən, şirkətə 1 milyon 25 min 549 manat ödəniş ediləcək.

Xatırladaq ki, 2001-ci ildə qeydiyyata alınan “Avromed Company” MMC-nin nizamnamə kapitalı 57 min manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Kamran İskəndərov İnqilab oğludur.