17:34 - 5.11.2026
5 noyabr, Fineko/abc.az. Azərbaycana idxalı nəzərdə tutulan 23,6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb.
ABC.AZ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, uyğunsuzluqlar Azərbaycan–Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində aparılan yoxlamalar zamanı müəyyən edilib.
Məhsul ABŞ-nin “LAMEX FOODS INC.” şirkəti tərəfindən istehsal olunub və “Universal-SVS” MMC tərəfindən Azərbaycana idxal edilməsi nəzərdə tutulub.
Yoxlama zamanı məhsulun daşınmasında temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin, qan yığıntılarının və axıntılarının olduğu, həmçinin orqanoleptik göstəricilərinin müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkarlanıb.
Aşkar edilən uyğunsuzluqlara görə 23,6 ton hind quşu ətinin məhv edilməsi barədə qərar qəbul olunub və məhsul müvafiq qaydada məhv edilib.
Beləliklə, qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkəyə idxalının qarşısı alınıb.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026