“Stoxx 600” indeksi avqust rekordunu qırdı — Avropa birjalarında kəskin yüksəliş

14:31 - 5.11.2026


5 Noyabr, Fineko/abcnews. Avropa fond indeksləri, investor kapitalının süni intellekt sektorundan müdafiə xarakterli aktivlərə yönəlməsi, eləcə də üçüncü rüblə bağlı güclü korporativ mənfəət hesabatları sayəsində əvvəlki bağlanış rekordlarını üstələdi.

"Stoxx Europe 600" geniş indeksi avqust ayındakı bütün dövrlərin ən yüksək səviyyəsini geridə qoyaraq ondan yuxarı qalxıb.

Bazara ABŞ-dakı aralıq seçkilərin nəticələri, eləcə də neft qiymətlərinin bir barel üçün 100 dollardan aşağı düşməsi dəstək verdi. 

"Bloomberg Intelligence"ın məlumatına görə, "MSCI Europe" indeksinə daxil olan şirkətlərin mənfəət artımının üçüncü rübdə 32%-i keçəcəyi gözlənilir; bu, 2022-ci ilin əvvəlindən bəri qeydə alınan ən yaxşı rüblük göstəricidir.