Neft ucuzlaşmaqda davam edir: Brent markalı neftin bir bareli 94,28 dollara düşüb

09:42 - 5.11.2026


5 noyabr, Fineko/abc.az. Etalon markalı neftin qiymətləri əvvəlki ticarət sessiyasının yekunları üzrə kəskin ucuzlaşmadan sonra cümə axşamı da enməkdə davam edir.

Bakı vaxtı ilə saat 09:38-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,34 dollar (0,36%) azalaraq bir barel üçün 94,28 dollar təşkil edib. Noyabrın 4-də keçirilən ticarət sessiyasının yekunlarına görə, bu müqavilələrin qiyməti 8,98 dollar (8,67%) azalaraq 94,62 dollara düşüb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçersləri saat 09:38-ə 0,79 dollar (0,90%) ucuzlaşaraq bir barel üçün 87,33 dollar təşkil edib. Əvvəlki ticarət sessiyasının, noyabrın 4-nün yekunlarına görə, bu müqavilələrin qiyməti 7,97 dollar (8,29%) azalaraq 88,12 dollara düşüb.