Bir ildə Azərbaycanda BOKT-lər 289-dan 268-ə düşüb

14:07 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Bank olmayan kredit təşkilatlarının (BOKT) filial sayında azalma dinamikası müşahidə olunur.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. 2026-cı ilin 31 mart tarixində BOKT-lərin filiallarının sayı 289 idisə, həmin ilin 30 sentyabr tarixində bu göstərici 268-ə düşüb.

Bu da 2026-cı ilin mart ayı ilə müqayisədə sentyabr ayında filial sayının 21 vahid (və ya 7.3%) azalması deməkdir.

İllik müqayisədə isə 2025-ci ilin sentyabrında 300 olan filial sayı, 2026-cı ilin sentyabrında 268-ə enərək son bir ildə 32 vahid (və ya 11%) azalıb.