17:26 - 28.10.2026
28 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı il sentyabrın 30-na ölkə banklarının biznes kredit portfeli illik müqayisədə 18,6% (2 milyard 895,4 milyon manat) artaraq 18 milyard 440 milyon manat təşkil edib.
Bu portfelin 1 milyard 274,3 milyon manatı dövlət fondlarının vəsaitləri hesabına maliyyələşdirilib ki, bu da illik 14,7% artım deməkdir.
Bununla belə, dövlət fondlarının ümumi biznes kreditlərindəki payı keçən ilki 7,1%-dən 6,9%-ə enib, qalan 17 milyard 165,7 milyon manatlıq hissə isə digər mənbələr hesabına təmin olunub.
Sentyabr ayında ümumi biznes kreditləri 617,1 milyon manat artsa da, dövlət fondları hesabına verilən kreditlərin qalığında 14,5 milyon manatlıq (1,1%) azalma qeydə alınıb.
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026