BOKT-lar üçün yeni tənzimləmə paketi hazırlanır

11:07 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları (BOKT) üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır.

Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Bakıda keçirilən Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib ki, son strateji dövrdə BOKT-ların aktivləri 2,3 dəfə artaraq maliyyə sektorundakı payını 2,4 faizə çatdırıb.

Sektorun institutlaşması və investor etimadının yüksəldilməsi məqsədilə BOKT-lərin nizamnamə kapitalı ilə bağlı dəyişikliklər paketi işlənib hazırlanır.

Eyni zamanda təşkilatların institusional potensialını artırmaq üçün korporativ idarəetmə standartları layihəsi də təqdim olunacaq.