Mikromaliyyə sektoru real iqtisadiyyatın dayanıqlı körpüsünə çevrilir

11:20 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank mikromaliyyə sektorunu yalnız kiçik kreditlərin verilməsi mexanizmi kimi deyil, real iqtisadiyyatla dayanıqlı inkişaf arasında əsas körpü kimi qiymətləndirir.

AMB sədr müavini Toğrul Əliyevin sözlərinə görə, mikromaliyyənin əsl dəyəri kreditin həcmindən daha çox yaratdığı iqtisadi imkanların davamlılığı ilə ölçülür.

Bu yanaşma "2022–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyası"nda öz əksini tapıb və əsas prioritet sahənin institusional bazasını gücləndirməklə biznesin maliyyə resurslarına çıxışını genişləndirməkdir.