Sığorta şirkətləri 9 ayda 1 milyard 249 milyon manat haqq yığa bilib

11:30 - 26.10.2026


26 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 249 milyon manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 8% artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 29% çoxalaraq 882 milyon 723 min manat təşkil edib.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 157 milyon manat, sığorta ödənişlərinin həcmi isə 683 milyon 896 min manat olub.