11:11 - 23.10.2026
23 oktyabr, Fineko/abc.az. Ötən ay Azərbaycandan Gürcüstana 2,86 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Bu barədə Gürcüstan Milli Bankından bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə pul köçürmələrinin həcmində 15,72% azalma qeydə alınıb.
Sentyabrda Azərbaycanın Gürcüstana daxil olan pul köçürmələrindəki payı 1% təşkil edib.
Gürcüstandan Azərbaycana isə 7,06 milyon ABŞ dolları məbləğində pul göndərilib ki, bu da illik nisbətdə 9,29% çoxdur.
Hesabat ayında xaricdən Gürcüstana ümumilikdə 285,77 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub, Gürcüstandan xaricə isə 36,9 milyon ABŞ dolları göndərilib.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
23 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026