17:31 - 19.10.2026
19 oktyabr, Fineko/abc.az. Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkələrdə ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara dair bəyanat yayıb.
Sənəddə xüsusilə ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərarın kontekstdən çıxarılaraq təhrif edildiyi, “hicab qadağası” və İslami dəyərlərin sıxışdırılması kimi əsassız iddiaların yayıldığı vurğulanır.
Şura bildirir ki, sırf daxili təhsil qaydaları ilə bağlı məsələnin dini-ideoloji qarşıdurma müstəvisinə keçirilməsi, saxta və köhnə görüntülərdən istifadə edilməsi, eləcə də konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn çağırışlara tribuna yaradılması obyektiv jurnalistika prinsiplərinə və iki ölkə arasındakı strateji münasibətlərin ruhuna tamamilə ziddir.
Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını və sosial şəbəkə aktivistlərini Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl etibarlı mənbələr vasitəsilə yoxlamağa, nifrət ritorikasından çəkinməyə və dezinformasiyaya qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.
Bəyanatda “Bir millət, iki dövlət” prinsipinin hər hansı daxili işlərə müdaxilə və ya ideoloji qarşıdurma üçün bəraət aləti kimi tətbiq edilə bilməyəcəyi xüsusi olaraq qeyd olunub.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026