Şəhid ailələri və əlillərin sosial təminat müddəti UZADILDI

17:07 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsi və təminatı ilə bağlı vacib Sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, bu kateqoriyadan olan şəxslərin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb.

Yeni qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022–2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaitləri hesabına iki ana istiqamətdə maliyyələşməni davam etdirəcək:

Mənzil təminatı: Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin olunması; Reabilitasiya dəstəyi: Əlilliyi olan şəxslərin müvafiq qanunvericiliyə uyğun olaraq lazımi reabilitasiya vasitələri və reabilitasiya xidmətləri ilə təmin edilməsi.

Xatırladaq ki, sözügedən tədbirlərin maliyyələşdirilməsi üçün əvvəlcədən müəyyən olunmuş son müddət 2026-cı il idi. Yapılan dəyişiklik bu dəstək mexanizminin daha üç il davam etdirilməsinə imkan verəcək.