"Volvo" və "Nvidia" pilotsuz avtomobil texnologiyaları sahəsində əməkdaşlığı genişləndirir

16:43 - 16.10.2026


16 Oktyabr, Fineko/abc.az. İsveç avtomobil istehsalçısı "Volvo", avtonom idarəetmə sistemlərini daha yüksək səviyyəyə qaldırmaq məqsədilə texnologiya nəhəngi "Nvidia" ilə təxminən on ildir davam edən tərəfdaşlığını genişləndirir. 

Yeni razılaşmaya əsasən, gələcək "Volvo" avtomobilləri həm şəhər küçələrində, həm də magistral yollarda avtonom hərəkət imkanı verən texnologiyalarla təchiz olunacaq.

Razılaşmaya əsasən, Volvo öz təhlükəsizlik sistemlərini və mühəndislik təcrübəsini Nvidia-nın "Hyperion" sensor və hesablama arxitekturası, "Alpamayo" proqram təminatı paketi və "Halos" təhlükəsizlik qiymətləndirmə səviyyəsi ilə birləşdirəcək.

Nvidia-nın avtomobil bölməsinin rəhbəri Əli Kaninin sözlərinə görə, süni intellekt modelləri ilə ənənəvi proqram təminatının eyni vaxtda istifadəsi fövqəladə dərəcədə təhlükəsiz avtonom idarəetmə sisteminin yaradılmasına imkan verəcək.