10:08 - 16.10.2026
16 Oktyabr, Fineko/abc.az. ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiyanın "Lukoil" neft şirkətinin ölkə xaricindəki benzin doldurma məntəqələrinin fəaliyyəti, saxlanılması və ya fəaliyyətinin dayandırılması ilə bağlı əməliyyatlara verilən sanksiya güzəştinin müddətini 24 aprel 2027-ci ilə qədər uzadıb.
Bu qərar ABŞ Prezidenti Donald Trampın Oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Rusiyanın ABŞ və qlobal bazarlara dizel yanacağı tədarük etməsi barədə əldə olunan razılaşmanın ardınca verilib.
Xatırladaq ki, ABŞ Xəzinədarlığı keçən həfə yayımladığı digər bir lisenziya ilə Rusiya mənşəli dizelin satışı, çatdırılması və idxalı ilə bağlı müəyyən əməliyyatlara da 7 aprel 2027-ci ilə qədər icazə vermişdi.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026