15:57 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "AZƏRMAŞ GROUP" MMC-nin AZ2001027302 ISIN kodlu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla başa çatıb.
Ticarət nəticələri tələblərə cavab verdiyi üçün istiqrazlar Standart Bazar Listinq seqmentinə daxil edilib.
Ümumi buraxılış həcmi 10 milyon manat olan istiqrazlar üzrə təklif edilən 10 000 ədəd istiqrazın tamamı 71 investor tərəfindən tam reallaşdırılıb. Tədavül müddəti 3 il olan sənədsiz istiqrazların illik gəlirliliyi 13% təşkil edir və faiz ödənişləri hər 3 aydan bir həyata keçiriləcək.
Qeyd edək ki, istiqrazların nominal dəyərinin 60%-i İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən zəmanətləndirilib. Prosesin anderrayteri "PAŞA Kapital İ.Ş." QSC-dir.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026