11:18 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. "Rabitəbank" ASC 2026-cı ilin yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın cəmi aktivləri 11,2% artaraq 1 milyard 453 milyon manata yüksəlib.
İlin ilk 9 ayında bankın ümumi kredit portfeli 7,6% böyüyərək 1 milyard 25 milyon manata çatıb. Kreditlərin 460,1 mln. manatını biznes, 360,6 mln. manatını istehlak, 204,8 mln. manatını isə ipoteka kreditləri təşkil edib.
Bankın əmanət portfeli 7% artaraq 848,1 milyon manat (əhalinin əmanətləri 12,6% artaraq 620,2 mln. manat), faiz gəlirləri 19,2% artaraq 118,5 milyon manat, məcmu kapitalı isə 134,1 milyon manat olub.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026