Kartdan-karta köçürmə tarifləri vətəndaşlara şamil olunmayacaq? – AMB-dən Açıqlama

14:28 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır. Bunu AMB bəyan edib.

“Komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq, son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.