Rusiya bu il Avropaya 21,3 milyard dollarlıq enerji resursu satıb — Aleksandr Novak

16:05 - 13.10.2026


13 Oktyabr, Fineko/abc.az. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, 2026-cı ilin yanvar-sentyabr ayları (9 ay) ərzində Rusiya Avropa ölkələrinə 21.3 milyard dollar dəyərində enerji resursu ixrac edib.

Novakın sözlərinə görə, tətbiq olunan sanksiya məhdudiyyətlərinə baxmayaraq, istisna edilən ayrı-ayrı istiqamətlər üzrə energetika məhsullarının tədarükü davam edir.

Hökumət rəsmisi vurğulayıb ki, Rusiya müqavilə öhdəliklərini tam yerinə yetirir: "Son illərdə Avropa İttifaqına ixracın nisbəti bizim təqsirimiz olmadan kəskin dəyişib. Lakin avropalı tərəfdaşlarımızın tələb etdiyi həcmləri biz tədarük edirik".

A. Novak həmçinin əlavə edib ki, 2022-ci ildən bəri Avropa Rusiyadan ümumilikdə 320.7 milyard dollar dəyərində enerji resursu alıb.