Muzdla çalışanların sayı 4,3 min nəfər azalıb

10:33 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Azərbaycanda muzdla çalışanların sayı bir ayda 4,3 min nəfər azalıb.

2026-cı il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər olub. Bu göstərici avqustun 1-i ilə müqayisədə 4,3 min nəfər və ya 0,24% azdır. Belə ki, avqustun əvvəlində ölkədə muzdla çalışanların sayı 1 milyon 781,1 min nəfər təşkil edib.

Sentyabrın 1-nə olan məlumata görə, muzdla çalışanların 834,2 min nəfəri dövlət sektorunda, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Avqustun 1-də dövlət sektorunda çalışanların sayı 836,9 min nəfər, qeyri-dövlət sektorunda çalışanların sayı isə 944,2 min nəfər olub.

Beləliklə, bir ay ərzində dövlət sektorunda muzdla çalışanların sayı 2,7 min nəfər, qeyri-dövlət sektorunda isə 1,6 min nəfər azalıb.