10:50 - 8.10.2026
8 Oktyabr, Fineko/abc.az. Uoll-Sprit strateqləri ABŞ dövlət istiqrazlarının gəlirliliyinin ilin sonunadək geriləyəcəyi ilə bağlı fərqli mövqedədirlər. Yaxın Şərqdəki münaqişələr səbəbindən enerji qiymətlərinin kəskin artması, FED-in faiz artımı ehtimalları və süni intellekt bumu borc bazarında qeyri-müəyyənliyi artırır.
Çərşənbə günü ABŞ-ın 10 illik istiqraz gəlirliliyi 5,36%-ə, 30 illik istiqrazların gəlirliliyi isə 5,7%-i keçərək 2002-ci ildən bu yana ən yüksək səviyyəyə çatmışdır.
Aparıcı maliyyə institutları ilin sonu üzrə 10 illik istiqraz gəlirliliyi proqnozlarını açıqlayıb: "Bank of America" və "Citigroup" gəlirliliyin 5,0%, "Barclays" 5,25%, "JPMorgan" 5,05%, "Deutsche Bank" və "Morgan Stanley" 4,8%, "Goldman Sachs" isə eniş gözləntisi ilə 4,75% səviyyəsində olacağını ehtimal edir.
Analitiktlər qeyd edir ki, FES-in sərtləşmə siyasəti və güclü iqtisadi dinamika qısamüddətli dövrdə gəlirliliklərin yüksək səviyyədə qalmasını şərtləndirir.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026