14:51 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. Azərbaycan Kredit Bürosunun "Findoc" portalında vətəndaşların təhlükəsizliyini təmin edəcək yeni "Stop-Kredit" xidməti fəaliyyətə başlayıb.
Mərkəzi Bankın məsafədən göstərilən maliyyə xidmətlərində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunması məqsədilə təsdiqlədiyi yeni qaydalara əsasən hazırlanan bu xidmət vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı verir.
Oktyabrın 1-dən etibarən kredit təşkilatları məsafədən kredit verməzdən öncə sistemdə bu məhdudiyyətin olub-olmadığını mütləq yoxlamalıdırlar.
Vətəndaşlar "Findoc" portalı və ya mobil tətbiqi üzərindən 7/24 rejimində bu xidməti istənilən vaxt aktivləşdirə və ya ləğv edə bilərlər. Hazırda 225 mindən çox istifadəçisi olan və 300-dən artıq təşkilatın qoşulduğu Azərbaycan Kredit Bürosu bu addımla onlayn kredit rəsmiləşdirilməsi zamanı baş verə biləcək kənar müdaxilə və sui-istifadə hallarına qarşı effektiv müdafiə mexanizmi yaradır.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026