14:14 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. “Fitch Solutions” beynəlxalq tədqiqat şirkəti Azərbaycanın iqtisadi perspektivlərinə dair hesabatını açıqlayaraq ölkənin dövlət büdcəsinin yaxın illərdə profisitlə icra olunacağını bildirib.
Şirkətin analitiklərinin qiymətləndirməsinə əsasən, Azərbaycanın ümumi dövlət idarəetmə sektoru üzrə büdcə profisiti 2026-cı ildə ÜDM-in 2,4 faizini, 2027-ci ildə isə 2,2 faizini təşkil edəcək.
Bu müsbət dinamika 2025-ci ilin sonlarında və 2026-cı ilin birinci yarısında büdcə gəlirlərinin gözləntiləri üstələməsi ilə şərtlənib.
Nəticədə şirkət əvvəlki ehtimallarına yenidən baxaraq ölkənin fiskal göstəricilərinin daha dayanıqlı məcraya daxil olduğunu vurğulayıb.
Profisitin formalaşmasında yüksək qlobal enerji qiymətləri, ehtiyatlı büdcə-vergi siyasəti və qeyri-neft daxilolmalarının sabit artımı həlledici rol oynayır.
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026