İtaliyada yanacaq böhranı: “Enı” və “IP” endirimlərinə görə növbələr müşahidə olunur

12:31 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Hörmüz boğazındakı gərginlik və husilərin hücumundan sonra Qırmızı dənizdəki logistika təhdidləri AB-də yanacaq qiymətlərini çoxillik yüksəkliklərə qaldırıb. Belə ki, İtaliyada dizel €2,5/l, yol kənarı stansiyalarda isə €3/l qədər yüksəlib.

Məlumatda bildirildiyi kimi, Siciliyada kənd təsərrüfatı və nəqliyyat işçiləri 16-20 oktyabr tarixlərində beş günlük ümummilli tətil elan ediblər və məhsul çatışmazlığını təhdid ediblər; hökumət iki iri şəbəkəni — Eni və IP — endirim etməyə razı salıb (dizel €2,10, benzin €1,99), rəqiblərdə qiymətlər olduğu kimi qalıb.

Hazırda alıcı axını bir qədər səngisə də, əsas stansiyalarda, xüsusən Romanın giriş-çıxışlarında hələ də sıxlıq qalır.

Yanacaq təchizatı əsasən Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-dən Apenin dağları istiqamətinə gəlir.