Startaplar üçün vergi güzəştləri genişləndirilir: -Müddət 7 ilə qaldırılır

12:34 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Milli Məclisin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər bir oxunuşda qəbul edilib.

Yeni layihəyə əsasən, mikro və ya kiçik sahibkarlıq subyekti olan startapların innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlərin mənfəət və gəlir vergisindən azadolunma müddəti 3 ildən 7 ilə qaldırılır.

Bundan başqa, 2027-ci il yanvarın 1-dən etibarən 10 il müddətinə iştirak payı və ya səhm “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda, vergi ödəyicisinin həmin iştirak payı və ya səhmin təqdim edilməsindən əldə etdiyi gəlirlər azı 3 il ərzində 100 faiz vergidən azad olunacaq.

Qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.