Laçında yeni qəsəbə salınır - 50 milyon manata yaxın pul xərclənəcək

10:31 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Azərbaycanda yeni qəsəbə salınır.

Bununla bağlı müvafiq prosedura start verilib.

Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb.

Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır.