Neft bahalaşır: Brent hər barelə görə 96,36 dollar təşkil edir

09:48 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ötəngünkü enişdən sonra çərşənbə günü keçirilən hərraclarda yüksəlir.

Saat 09:45-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin dekabr fyuçersi 0,20 dollar (0,21%) bahalaşaraq bir barelə görə 96,36 dollar təşkil edib.

29 sentyabr ticarət sessiyasının nəticələrinə əsasən, dekabr müqaviləsi 1,67 dollar (1,71%) ucuzlaşaraq bir barel üçün 96,16 dollar, noyabr fyuçersi isə 2,69 dollar (2,56%) enərək 102,59 dollar təşkil etmişdi.

"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin noyabr fyuçersi saat 09:45-ə qədər 0,17 dollar (0,19%) bahalaşaraq bir barelə görə 89,55 dollar olub.

29 sentyabr ticarət sessiyasının nəticələrinə görə isə müqavilənin qiyməti 3,22 dollar (3,48%) aşağı enərək bir barel üçün 89,38 dollar təşkil etmişdi.