Kredit kartları üzrə faiz dərəcələri rekord həddə çatdı

15:14 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Ölkədə kredit kartlarının sayı və limitləri azaldığı bir vaxtda borclanma xərcləri yüksəlməkdə davam edir.

2026-cı ilin ikinci rübünün nəticələrinə görə, kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 27 faizə yüksəlib. İlin əvvəlindən bəri 1 faiz bəndi artan bu göstərici Mərkəzi Bankın 2019-cu ildən bəri açıqladığı statistikada ən yüksək səviyyələrdən biri hesab olunur.

Beləliklə, şərtlər sərtləşdikcə kredit kartı vasitəsilə borc götürmək müştərilər üçün daha bahalı hala gəlib.