11:40 - 28.09.2026
28 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "VNG" şirkəti arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.
Bu barədə məlumat SOCAR-ın dərc etdiyi rəsmi açıqlamada yer alıb.
Sənəd iki şirkət arasında gələcək əməkdaşlığın çərçivələrini müəyyənləşdirir. Saziş təbii qaz təchizatı üzrə uzunmüddətli tərəfdaşlığı, həmçinin bununla bağlı infrastruktur və tənzimləyici məsələləri əhatə edir.
Bununla yanaşı, tərəflər enerji keçidi sahəsində, eləcə də hidrogen və onun törəmələri üzrə elmi-texniki məsələlərdə sıx əməkdaşlıq etməyi planlaşdırırlar.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026