14:58 - 25.09.2026
25 sentyabr, Fineko/abc.az. Digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.
Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti dövlət qulluğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı şəxslər sözügedən vəzifəni tuta bilməyəcəklər:
- 65 yaşı tamam olan şəxslər (bu Məcəllənin 48.2-ci maddəsi nəzərə alınmaqla);
- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;
- bu Məcəllənin 41.1.10-cu maddəsinə əsasən dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində).
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026