Məşğul əhalinin 65 %-i əmək müqaviləsi olmadan çalışır - Deputat

14:43 - 11.11.2026


11 noyabr, Fineko/abc.az. Azərbaycanda məşğul əhalinin 65 %-i əmək müqaviləsi olmadan çalışır.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiq edilməsi qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi baxımından çox vacibdir:

"Nəzərə alsaq ki, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 681 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfər təşkil edir. Muzdla, yəni əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı isə 1 milyon 726 min nəfərdir. Bu da onu göstərir ki, məşğul əhalinin cəmi 35 %-i əmək müqaviləsi ilə çalışır, digər 65 %-i isə əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər də məhz bu nisbətin dəyişməsinə xidmət edəcək".