16:18 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildiriib ki, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb.
Baş nazirin sözlərinə görə, 2027-ci ildə bu məqsəd üçün 3,4 milyard manat vəsait nəzərdə tutulur və 2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiya ilə dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait planlaşdırılır. Həmçinin qeyd olunub ki, 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib, həmin istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026