"28 May”-“Nizami” xəttindəki bu tunel yenidən qurulacaq

10:09 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində mövcud tunelin sökülüb yenidən qurulması planlı şəkildə aparılır.

Ötən bir ay ərzində metropolitenin fəaliyyətinə mane olmadan müxtəlif təyinatlı kabel xətləri köçürülüb, rels yolları və tunel elementləri sökülüb, həmçinin texnika və mexanizmlərin şaxtalara gətirilməsi ilə səfərbərlik tam təmin olunub.

Hazırda qazıntı işlərinin davam etdirildiyi layihənin növbəti mərhələsində tunellərin dayanıqlılığını və etibarlılığını təmin etmək məqsədilə hər iki istiqamətdə 94 metrlik hissə tam betonlanacaq.

Ərazidə aparılan işlərlə əlaqədar avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.