21:28 - 21.09.2026
21 Sentyabr, Fineko/abc.az. Qətərin 580 milyard dollar aktivə malik Suveren Fondunun (QIA) ABŞ-ın "JPMorgan Asset Management" investisiya bankı ilə 20 milyard dollar ( 34 000 000 000 AZN) dəyərində strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşdığı bildirilir.
Layihə çərçivəsində 15 milyard dolları xalq üçün açıq səhmlər portfelinə, 5 milyard dolları isə ABŞ-ın orta ölçülü şirkətlərinə yönəldiləcək özəl bazar təşəbbüslərinə ayrılacaq.
Bu razılaşma QIA-nın yanvar ayında "Goldman Sachs"a ayırdığı 25 milyard dollarlıq tərəfdaşlıqdan sonra növbəti iri addımdır. Son dövrlər iri infrastruktur, süni intellekt və "Blue Owl Capital" vasitəsilə 3 milyard dollarlıq data mərkəzlərinə sərmayə qoyan Qətər, eyni zamanda yaxın 5 il ərzində 38,5 milyard dollarlıq yeni dövlət-özəl infrastruktur ihalələrinə start verməyi planlaşdırır.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026