14:36 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında Azərbaycanın ilkin gəlirlər balansında 907,9 milyon dollar kəsir yaranıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz azdır.
Hesabat dövründə ilkin gəlirlər, yəni əməkhaqqı, dividend, faiz, renta və investisiyalar üzrə ümumi dövriyyə 4,7 milyard dollar təşkil edib, bunun 2,8 milyard dolları (59,7%-i) ölkədən xaricə ödənişlərin payına düşüb.
Xarici investorların Azərbaycanda əldə etdiyi gəlirlərin 2 milyard dolları ölkədən çıxarılıb ki, bunun da 1,8 milyard dolları əsasən neft-qaz layihələrində çalışan beynəlxalq konsorsiumların repatriasiya etdiyi vəsaitlərdir.
Bölmə üzrə neft-qaz sektorunda 1,4 milyard dollar kəsir yarandığı halda, qeyri-neft-qaz sektorunda 500 milyon dollar profisit qeydə alınıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026