"Fitch" SOCAR-ın reytingi üzrə əsas proqnoz və ehtimallarını açıqlayıb

14:19 - 15.09.2026


15 Sentyabr, Fineko/abc.az. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qiymətləndirilməsində istifadə olunan əsas baza ehtimallarını tərənnüm edən hesabatını təqdim edib.

Agentlik analitiklərinin reytinq ssenarisinə daxil edilən əsas göstəricilər aşağıdakılardır:

Xam neft qiymətləri: "Brent" markalı neftin 1 barreli üçün orta qiymətin 2025-ci ildə 87 dollar, 2026-cı ildə 65 dollar, növbəti illərdə isə 60 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Təbii qaz qiymətləri: Avropanın TTF habında təbii qazın hər 1000 kubfutunun (mcf) qiyməti 2026-cı ildə 14 dollar, 2027-ci ildə 9 dollar, 2028–2029-cu illərdə 7 dollar, sonrakı illərdə isə 5 dollar səviyyəsində gözlənilir.

Hasilat göstəriciləri: Şirkətin neft-qaz hasilatındakı azalma meylinin 2028-ci ildən etibarən stabilləşəcəyi ehtimal olunur.

Məzənnə: ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1.7 AZN səviyyəsində götürülüb.

Kapital xərcləri (Capex): SOCAR-ın illik kapital xərclərinin 2026–2030-cu illər ərzində orta hesabla 4.0 milyard manat təşkil edəcəyi gözlənilir.

"Petkim"ə dəstək: Şirkətin Türkiyədəki "Petkim" aktivinə dəstək məqsədilə 2027-ci ilə qədər hər il 250 milyon manat ayıracağı proqnozlaşdırılır.

Dövlətə dividendlər: 2026–2030-cu illərdə dövlət büdcəsinə ödəniləcək dividend və pay ayırmalarının illik ortalama 1.8 milyard manat olacağı ehtimal edilir.