"Aİ-92" benzininin idxalı 96% çökdü - Yerli istehsal artır

16:52 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Azərbaycanda "Aİ-92" markalı benzinin yerli istehsalının 2.3% artaraq 828.4 min tona çatması fonunda xaricdən idxal kəskin azalıb.

2026-cı ilin yanvar-iyul aylarında ölkəyə cəmi 3.4 min ton "Aİ-92" benzini gətirilib ki, bu da illik müqayisədə 95.9%-lik azalma deməkdir (ötən il 83 min ton olub).

İdxalın dəyəri də 96% geriləyərək 64.4 milyon dollardan 2.6 milyon dollara düşüb.