Böyük Qayıdışa dəstək: Zəngilanın 2-ci məhəlləsində tikinti işləri başlayır

10:08 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərini satın alır.

Satınalma üzrə qalib “Protean Construction” ASC olub.

Qalib şirkətlə 26 596 770 manat məbləğində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsində tikinti-quraşdırma işləri həyata keçiriləcək.