16:53 - 9.09.2026
9 Sentyabr, Fineko/abc.az. Britaniyanın "Barclays" investisiya bankı ABŞ fond bazarının əsas göstəricisi olan "S&P 500" indeksi üzrə 2026-cı il üçün il sonu hədəf göstəricisini 7 800 bənddən 7 950 bəndə qaldırıb.
Proqnozun yenilənməsinə xüsusilə böyük texnologiya şirkətlərinin və süni intellekt sektorunun gözləntiləri üstələyən güclü rüblük maliyyə hesabatları səbəb olub.
Bankın analitikləri bildirir ki, korporativ mənfəətliliyin yüksək tempi və ABŞ iqtisadiyyatında mənfəət marjasının dayanıqlığı fond indekslərinin artım dinamikasını dəstəkləyir. Xüsusilə "Big Tech" nəhənglərinin gəlirlilik göstəriciləri qlobal kapital bazarlarında risk iştahasını artıraraq investorların səhmdar kapitalına marağını gücləndirir.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026