16:09 - 9.09.2026
9 Sentyabr, Fineko/abc.az. Çinin süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı startapı "DeepSeek" Şanxay Fond Birjasının texnologiya yönümlü "STAR Market" meydançasında ilkin ictimai təklif (IPO) həyata keçirməyi planlaşdırır.
Məlumata görə, şirkət IPO prosesinə hazırlıq və anderraytinq xidmətləri üçün Çinin böyük investisiya bankı "CITIC Securities" ilə razılıq əldə edib.
Bu addım Çinin yerli texnologiya nəhənglərinin daxili kapital bazarlarına inteqrasiyası və süni intellekt sektoruna milli investisiya axınının gücləndirilməsi strategiyasının tərkib hissəsidir. Layihənin yekun şərtləri və IPO-nun gözlənilən büdcə həcmi barədə rəsmi açıqlamanın yaxın vaxtlarda verilməsi nəzərdə tutulur.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026