"Google" şirkəti bu qədər payla Azərbaycanda liderliyini qoruyub

16:50 - 2.09.2026


2 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycanda axtarış sistemləri üzrə bazar payları açıqlanıb.

Bu barədə məlumat və rəqəmlər "Statcounter"in hesabatında qeyd edilib.

Google 97,35 % payla liderliyini qoruyub (aylıq -1,06 faiz bəndi, illik +16,63 faiz bəndi).

Digər axtarış sistemlərinin bazar payı belə formalaşıb:

Yandex: 1,89 % (aylıq +0,93 f.b., illik -14,88 f.b.)

Bing: 0,57 % (aylıq +0,06 f.b., illik -0,74 f.b.)

DuckDuckGo: 0,11 % (aylıq +0,05 f.b., illik -0,47 f.b.)

Yahoo: 0,07 % (aylıq +0,03 f.b., illik -0,45 f.b.)