15:46 - 2.09.2026
2 Sentyabr, Fineko/abc.az. "Dell Technologies" şirkətinin səhmləri çərşənbə günü birjaaçılışı öncəsi (premarket) hərraclarda 10%-ə yaxın dəyər qazanıb. Səhmlərin kəskin bahalaşmasına səbəb şirkətin süni intellekt (AI) üçün optimallaşdırılmış serverlərinə olan yüksək tələbat fonunda illik gəlir və mənfəət proqnozlarını artırması olub.
Texnologiya nəhəngi iri İT korporasiyalarının və məlumat mərkəzlərinin AI infrastrukturuna milyardlarla dollar sərmayə yatırması nəticəsində illik satış həcmi proqnozunu yüksəldərək 192 milyard dollara çatdırıb.
Süni intellekt serverləri üzrə sifariş portfelinin kəskin artması "Dell"ə cari maliyyə ilində rekord göstəricilər əldə etməyə şərait yaradır.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
28 Oktyabr 2026