17:26 - 31.08.2026
31 avqust, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandan xarici ölkələrə 14 milyon 862,5 min ABŞ dolları dəyərində İKT məhsulları göndərilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd edilib. Bu, əvvəlki ilə nisbətən 52,2 % çoxdur.
Xaricə satılan İKT məhsullarının 8 milyon 209,3 min ABŞ dolları (1 il əvvələ nisbətən 2,3 dəfə çox) kompüter və periferiya avadanlıqlarının, 5 milyon 338,8 min ABŞ dolları (82,4 % çox) telekommunikasiya avadanlıqlarının, 610 min ABŞ dolları (39,4 % az) elektron avadanlıqların, 704,4 min ABŞ dolları (3,2 dəfə az) digər məhsulların, o cümlədən 345,4 min ABŞ dolları (2,7 dəfə az) səs yazılmış və ya başqa hallar üçün digər yarımkeçirici daşıyıcıların, 185,6 min ABŞ dolları (6,2 dəfə çox) çap sxemlərinin, 66,3 min ABŞ dolları (71 % çox) radio və video avadanlıqlarının digər hissələrinin, 41,1 min ABŞ dolları (21,4 % az) elektron inteqral sxemli prosessorlar və kontrollerlərin və sairin payına düşüb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026