16:05 - 31.08.2026
31 avqust, Fineko/abc.az. Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
ABC.AZ-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.
Həyata keçirilən tədbirlərin davamı olaraq, sözügedən kateqoriyaya aid şəxslər üçün Astara rayonunda 37 ədəd ikiotaqlı və 37 ədəd biriotaqlı mənzilin verilməsi nəzərdə tutulur. Məlumata əsasən, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim ediləcək həmin mənzillərin satın alınmasına 3,8 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılır.
©İqtisadiyyat.az
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026