"Huawei" və HP "Wi-Fi" patenti üzrə çoxillik lisenziya sazişi bağlayıblar

07:00 - 31.08.2026


31 avqust, Fineko/abc.az. Çinin "Huawei" texnologiya nəhəngi və ABŞ-ın kompüter istehsalçısı HP "Wi-Fi 7" də daxil olmaqla "Wi-Fi" texnologiyalarını əhatə edən çoxillik qarşılıqlı patent lisenziyalaşdırılması sazişi imzalayıblar.

Müqavilənin şərtlərinə əsasən, HP şirkəti "Huawei"in bir sıra patentlərinə, "Huawei" isə Amerika şirkətinin patentlərinə çıxış əldə edir. Sövdələşmənin maliyyə təfərrüatları açıqlanmır.

Bu saziş Avropada iki şirkət arasında baş vermiş patent mübahisəsindən sonra əldə olunub. Xatırladaq ki, 2025-ci ilin avqustunda "Huawei" HP şirkətini "Wi-Fi 6" patentindən icazəsiz istifadə etməkdə ittiham edərək məhkəməyə müraciət etmişdi. Sonradan HP-nin "Sisvel Wi-Fi 6" patent puluna qoşulması ilə "Huawei" məhkəmə iddialarını dayandırmışdı.