Niderland qızıl ehtiyatlarının bir hissəsini ABŞ-dən Londona köçürüb

22:03 - 2.09.2026


2 Sentyabr, Fineko/abc.az. Niderland Mərkəzi Bankı (DNB) artan geopolitik gərginlik və krizis hazırlıqları çərçivəsində ABŞ və Kanadada saxlanılan qızıl ehtiyatlarının 25%-dən çoxunu (təxminən 86 ton) Böyük Britaniyanın paytaxtı Londona reallaşdırıb.

Mərkəzi Bankın vitse-prezidenti Olaf Sleypen bildirib ki, bu addım krizis anında aktivlərin likvidliyini və sürətli ticarət imkanlarını artırmaq məqsədi daşıyır. Qızılların İngiltərə Mərkəzi Bankının (BoE) kasalarına köçürülməsi ilə London Niderlandın qızıl ehtiyatlarının saxlandığı ən böyük mərkəzə çevrilib.

Bu həmlə Avropa mərkəzi banklarının qızıl rezervlərini yenidən strukturlaşdırması meylini daha da gücləndirir.