12:22 - 2.09.2026
2 Sentyabr, Fineko/abc.az. Avrozonada avqust ayı üzrə illik inflyasiyanın enerji qiymətlərindəki 14%-lik artım hesabına 3.3%-ə yüksəlməsi Avropa Mərkəzi Bankını (AMB) pul-kredit siyasətini sərtləşdirməyə sövq edir. Svop bazarları Mərkəzi Bankın sentyabrın 10-da keçiriləcək iclasında faiz artımını artıq tam qiymətləndirib.
İrlandiya Mərkəzi Bankının sədri Qabriel Maxluf "Financial Times" nəşrinə müsahibəsində bildirib ki, inflyasiya gözləniləndən yüksək seyredərsə, AMB faiz dərəcələrini artırmağa hazır olmalıdır.
O, regionda iqtisadi artımın proqnozlaşdırılandan daha güclü olduğunu və uçot dərəcəsinin hazırkı 2.5% səviyyəsinin belə məhdudlaşdırıcı zona (2.75% və yuxarı) üçün kifayət etmədiyini vurğulayıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026